21 yaşlı qadın doğuş zamanı öldü

5 Dekabr 2025 10:28

Bakıda gənc qadın doğuş zamanı həyatını itirib.

Milli.Az xəbər verir ki, hadisə iki gün əvvəl, günorta saatlarında Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində yerləşən tibb müəssisəsində qeydə alınıb.

Qazax rayonundan olan 2004 doğumlu Lalə Süleyman qızı Süleymanovanın vəziyyəti doğuş prosesində qəfil ağırlaşıb və bu da onun həyatını xilas etməyə imkan verməyib.

Baş verənlərlə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

Milli.Az