Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Milli.Az xəbər verir ki, astroloqlara görə dekabr ayında bu iki bürc həm mənəvi güclənmə, həm də maddi rahatlama dövrünə daxil olur. Onların uzun müddətdir gözlədiyi uğurlar nəhayət ki, gerçəkləşməyə başlayır.
Buğa bürcü üçün dekabr ayı adətən sabitliyi ifadə edirsə, bu dəfə vəziyyət daha da əlverişli olur. Ay boyunca Buğaları maliyyə baxımından real sıçrayış gözləyir. Gecikmiş ödənişlər, yeni gəlir mənbələri və sərmayələrdən gələn qazanc bu bürcün rahat nəfəs almasına şərait yaradacaq. Sevgi sahəsində romantika pik nöqtəsinə çatır. Yeni tanışlıqlar taleyüklü ola bilər, mövcud münasibətlərdə isə qarşılıqlı güvən və bağlılıq daha da möhkəmlənir.
Oxatan bürcü üçün dekabr ayı demək olar ki, "şans fəsli" kimi xarakterizə olunur. Xüsusilə xarici əlaqələri olan işlərdə, ticarətdə, təhsildə və onlayn layihələrdə yüksək gəlir əldə etmə ehtimalı artır. Cəsarətli qərarlar bu ay Oxatanlara böyük qazanc gətirə bilər. Sevgidə Oxatanlar öz enerjisini və cazibəsini daha aydın hiss edəcək. Yeni münasibətə başlamaq, uzun müddətdir ifadə edilməyən hissləri açıqlamaq və ya mövcud əlaqədə romantikanı canlandırmaq üçün ideal vaxtdır.
Karyera sferasında da gözlənilməz yeniliklər mümkündür.
Fidan
Milli.Az