İspaniyada qrip, COVID-19 və digər tənəffüs yolu infeksiyalarının sürətlə artması hökuməti yenidən sərt tədbirlər tətbiq etməyə vadar edib.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin 17 muxtar bölgəsi ilə birlikdə yeni müdafiə protokolunu təsdiqləyib.
Yeni sənədə əsasən, maska taxılması, evdən işləmə rejiminə keçid, gücləndirilmiş peyvənd kampaniyaları və qapalı məkanlarda ventilyasiyanın artırılması kimi tədbirlər zəruri hallarda aktivləşdiriləcək. Risk səviyyələri "aşağı", "orta", "yüksək" və "çox yüksək" olmaqla dörd mərhələdə qiymətləndiriləcək və maskalar yalnız "çox yüksək" risk zonasına daxil olan bölgələrdə məcburi olacaq.
Hazırda əsas diqqət peyvəndləmə, xəstəliklərin monitorinqi və tibb personalının hazırlığına yönəlib. Lakin yoluxma göstəriciləri yüksəldiyi halda, xüsusilə xəstəxanalar, qocalar evləri və iş yerlərində cərrahi maskaların istifadəsi qəti şəkildə tövsiyə olunacaq.
Rəsmi məlumatlara görə, paytaxt Madriddə qrip halları ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Artımın əsas səbəblərindən biri xüsusilə uşaqlarda təsirli olan "Subclade K" adlı yeni qrip variantı hesab olunur.
Fidan
Milil.Az