13 min avroluq ayaqqabını qızdan çəkinib təmirə götürmədim - VİDEO

6 Dekabr 2025 17:03

Paytaxtda fəaliyyət göstərən tanınmış çəkməçi sosial şəbəkələrdə maraq doğuran açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, bəzi müştərilərin gətirdiyi bahalı ayaqqabıları təmirə qəbul etmədiyini bildirib.

Ustanın sözlərinə görə, bir xanım 13 min avroya aldığı ayaqqabını təmir üçün gətirib, lakin o, işi görməkdən imtina edib:

"Bir qız ayaqqabı gətirmişdi, 13 min avro pul vermişdi. Mən işdən deyil, qızdan çəkinib onu təmirə götürmədim. Müştəriyə baxıb ayaqqabını qəbul edirəm", - deyə o bildirib.

Çəkməçi əlavə edib ki, indiyə qədər etdiyi ən bahalı təmir işlərinin qiyməti 250-300 manat olub. Onun sözlərinə görə, bəzi müştərilər ayaqqabıya minlərlə manat xərclədiyi üçün ən xırda cızıq belə problem yarada bilər.

Usta maraqlı bir hadisəni də danışıb:

"Bir vəzifəli şəxsin sürücüsü eyni modeldən 5 cüt ayaqqabı gətirmişdi. Hər gün birini geyinir ki, ayaqqabı həmişə təzə görünsün".

Ustanın bu fikirləri və bahalı ayaqqabıların təmirinə xüsusi yanaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az