Bakıda binada təhlükəli vəziyyət - Sakinlər qorxu içində yaşayır - VİDEO

5 Dekabr 2025 12:48

Evin içərisində böyük dəliklər əmələ gəlib. Divarlar çatlayıb, tavan çöküb. Binanın içərisi qədər çölü də bərbad haldadır...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bura Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsi, 25 ünvanıdır. Sakinlər deyirlər ki, uzun illərdir yaşadıqları mənzilləri təhlükəli hala düşüb.

Vətəndaşların sözlərinə görə, bəzi evlərin sakinləri təhlükə səbəbindən mənzillərini tərk ediblər. Onların aqibəti ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsiz qalıb.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az