"Fənərbağça" La Liqadan hücumçu alır

4 Dekabr 2025 23:57

"Fənərbağça" La Liqadan hücumçu alır.

Milli.Az xəbər verir ki, onlar yanvar transfer dönəmində Aleksander Sörlot üçün hərəkətə keçməyə hazırlaşır.

Bu qərar "Atletiko Madrid"in yeni hücumçu transfer etməsi halında qüvvəyə minəcək.

Klub rəhbərliyi gələn həftə futbolçunun nümayəndələri ilə görüş keçirərək potensial keçid məsələsini müzakirə edəcək.

Milli.Az