Məşhur türk serialı gözlənilmədən final edir

4 Dekabr 2025 23:54

Özge Özpirinçci və Salih Bademcinin yer aldığı "Sakıncalı" serialı gözlənildiyindən daha tez final edəcək.

Milli.Az xəbər verir ki, 3-cü bölüm reytinqləri gözlənilən nəticəni vermədiyi üçün serialın 5-ci bölümdə final edəcəyi qərara alınıb. 

Serialda Özge Özpirinçci övlad itkisi ilə sarsılan Süreyya, Salih Bademci isə mafioz Çetin obrazını canlandırır. Layihənin rejissoru Arda Sarıgün, ssenari müəllifi isə Ayça Üzümdür.

Beləliklə, "Sakıncalı" reytinq səbəbi ilə erkən final edən seriallar sırasına qoşulmuş oldu.

Lalə Qüdrətova
Milli.Az