44 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir

4 Dekabr 2025 23:03

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 44 yaşlı Aysu İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat olunub.

İlkin məlumata görə, hadisəni törətməkdə A. İsmayılovanın həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az