"Ruhəngiz Musəvinin ailəsini mən dağıtmamışam"

5 Dekabr 2025 00:47

"Heç kimin ailəsini dağıtmaram. Ruhəngiz xanım onunla 10 il yaşayıb və bir qız övladı dünyaya gəlib. Çox adam elə bilir ki, Ruhəngiz xanımın ailəsini dağıtmışam. Etmərəm, günahdı. Əvvəl Ruhəngiz xanım pis olmuşdu, ona təsir etdi. Amma onlar ayrılanda evlənmədik. Mən onun üçüncü xanımıyam. İndi dördüncü dəfə ailə həyatı qurub. Ruhəngiz xanımla münasibətimiz normaldır".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı Əməkdar artist Ruhəngiz Musəvi haqda danışarkən deyib. Müğənni "Günə uğurla" verilişində həmkarı ilə eyni şəxsə ərə getmələrindən danışıb. O bildirib ki, son günlər R.Musəvi ilə münasibətləri soyuqdur. 

Məsələyə R.Musəvi də münasibət bildirib. O qeyd edib ki, həmin məsələnin yenidən gündəmə gətirilməsini istəmir:

"Mənim ailəmi Sevda dağıtmayıb. Sevdaya da yazdım ki, bu söhbətləri bitirin. Danışmayın, olub keçib. Çingiz məndən ayrıldı, 1 il sonra evlənib. Bir il mənimlə barışmağa çalışdı. Gördüm ki, alınmır. Sənət aləmində dostluq olmur. Əvvəl birlikdə verilişlərı çıxırdıq, sonra incidim. Onlar ayrılanda çox pis oldum, istəməzdim belə olsun". (Axşam.az)

Milli.Az