ABŞ-nin Nevada ştatında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.
Məlumata görə, yeraltı təkanların episentri Daytondan 6 km şərqdə müəyyən edilib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az