"Real Madrid" rəhbərliyi baş məşqçi Xabi Alonsonun gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, La Liqada ardıcıl üç oyundur qələbə qazana bilməməsinə baxmayaraq, Madrid klubu Alonsoya etimadını qoruyur. Son matçlarda - "Olimpiakos" üzərində 4:3 hesablı qələbədə və "Jirona" ilə 1:1-lik heç-heçədə komandanın oyununda müsbət dinamika müşahidə edildiyi bildirilir. Klub rəhbərliyi hesab edir ki, La Liqada ardıcıl qələbələr yalnız zaman məsələsidir.
Məlumata görə, sabah keçiriləcək "Atletik"lə görüş komandanın durumunun yaxşılaşdırılması üçün bir fürsət kimi qiymətləndirilsə də, bu qarşılaşma Alonso üçün həlledici olmayacaq. "Real" rəhbərliyi məşqçinin gələcəyi ilə bağlı konkret zaman sərhədi qoymayıb. Klub komandanın hələ də yenidən qurulma prosesində olduğunu, buna rəğmən, ümidverici işartıların göründüyünü düşünür.
Qeyd edək ki, 14 turun ardından "Real Madrid" 33 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Hüseyn
Milli.Az