"Con moto" adlı konsert keçirilib - FOTO

4 Dekabr 2025 16:18

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı Beyəlxalq Muğam Mərkəzində "Con moto" adlı konsert keçirilib. Konsertdə Vladimir Runçakın "Sədaların səsləri", Çarı Nurımovun "İndira Qandinin xatirəsinə" adlı kvarteti, Qara Qarayevin Prelüd №2 və №7 (işlənmə Lalə Piriyeva), Benjamin Yusupovun "Con moto" və John Tavenerin "Quzu" (işlənmə Ayaz Qəmbərli) əsərləri ifa edilib.

Qeyd edək ki, əsərlər Azərbaycanda ilk dəfə ifa olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az