"Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq"

4 Dekabr 2025 15:42

Rusiya Prezidenti Vladimir Putin "India Today"ə müsahibəsində bildirib ki, Moskva ABŞ-ın Ukrayna ilə bağlı sülh təklifinin bəzi məqamları ilə razılaşmır, lakin bu məsələlər müzakirə olunub.

Milli.Az xəbər verir ki, o,  qeyd edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar zəruri və faydalı olub, nəticə barədə danışmaq isə hələ tezdir.

Putinin sözlərinə görə, ABŞ tərəfinin təklifləri Alyaskada Trampla əldə olunan razılaşmalara əsaslanır və Uitkoffla görüş beş saatdan çox davam edib. O vurğulayıb ki, Rusiya Ukraynada öz məqsədlərinə istənilən halda nail olacaq.

Müsahibədə Putin həmçinin Rusiyanın G8-ə qayıtmaq niyyətində olmadığını bildirib.

Milli.Az