Müharibə Ukraynanın xeyrinə dəyişir?

4 Dekabr 2025 14:39

Rusiya Silahlı Qüvvələri dekabrın 2-də Zaporojye bölgəsində Zelyonıy Qay və Dobropolye kəndlərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki,nazirliyin məlumatına görə, Rusiya qoşunları Ukrayna hərbi obyektlərini, enerji qurğularını və sursat anbarlarını hədəf alıb.

Eyni gündə Ukrayna isə Kupyansk istiqamətində əməliyyatların xeyrinə dəyişdiyini və rus qoşunlarına zərbələrin davam etdiyini bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski rus tərəfinin irəliləyiş iddialarını təbliğat adlandırıb və qoşunlarının bölgədə sistemli şəkildə rus hərbçilərinə zərbələr endirdiyini qeyd edib.

Asya
Milli.Az