Niyə eyni evdə biri xəstələnir, o biri yox? - Açıqlama

4 Dekabr 2025 20:12

Bəzi evlərdə sakinlərin tez-tez xəstələnməsinin səbəbi toz, kif və zəif ventilyasiya ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının MIREA Universitetinin Biotexnologiya və Sənaye Farmasiyası kafedrasının dosenti, farmakologiya üzrə fəlsəfə doktoru Maria Zolotareva məlumat verib.

O izah edib ki, kif göbələkləri yüksək rütubət (60%-dən çox) və sabit temperatur (18-25°C) şəraitində inkişaf edir. Belə şərait xroniki rinotit, bronxit, allergik reaksiyalar və atopik dermatit kimi sağlamlıq problemlərinə yol açır. Toz isə mikroskopik gənələr, polen və kimyəvi hissəciklərdən ibarət olub immuniteti daim yükləyir. Zolotareva qeyd edib ki, hətta allergiyası olmayan insanlarda belə uzun müddət bu mühitdə olmaq xroniki iltihabi proseslərə səbəb ola bilər.

Həkim vurğulayıb ki, effektiv ventilyasiya bu riskləri azaltmaqda əsas rol oynayır. Sadəcə pəncərəni açmaq kifayət etmir, çünki hava axını sabit olmur və rütubət qalır. Tövsiyələr arasında divar ventilyasiya klapanlarının quraşdırılması, brizerlərdən istifadə, HEPA-filtrli tozsoranlarla təmizləmə və rütubətin 40-60% səviyyəsində saxlanılması var. Bu tədbirlər həm göbələk sporlarının, həm də toz gənələrinin yığılmasının qarşısını alır və sakinlərin sağlamlığını qoruyur.

İsmayıl
Milli.Az