Nəriman Həsənzadənin vəziyyəti ağırdır - Klinikadan açıqlama

4 Dekabr 2025 13:22

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Məlumata görə, şairin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:

"Xronik böyrək çatmamazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru növbəti dəfə icra oluna bilər. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir".

Mina Mikayılova
Milli.Az