“Yeni il” üçün bəzədiyi evinin açılışını qonşularla etdi - VİDEO

6 Dekabr 2025 14:43

ABŞ-də kişi evini Yeni il işıqları ilə bəzəyib qonşular üçün açılış mərasimi keçirib.

Milli.Az-ın məlumatına görə, Amerikada yaşayan bir şəxs Yeni il ərəfəsində evini minlərlə rəngli işıq və müxtəlif dekorasiyalarla bəzəyərək özünəməxsus açılış tədbiri təşkil edib.

Evin sahibi bildirib ki, bu addımı həm qonşularına bayram coşqusu yaşatmaq, həm də ilin son günlərində birlik və paylaşma hissini gücləndirmək məqsədi daşıyıb. O, bütün qonşularını işıqlı dekorun təqdimatına dəvət edib.

İşıqlarla bəzədilmiş evin görüntüləri sosial şəbəkələrdə də böyük maraq doğurub. Paylaşım qısa müddətdə minlərlə baxış toplayaraq geniş müzakirə yaradıb.

Musa
Milli.Az