Sayılı günlər qalıb - 3 milyon telefonun IMEI-i bloklanacaq

4 Dekabr 2025 16:00

Türkiyədə 31 Dekabr 2025-dən etibarən bir ildən artıq şəbəkəyə qoşulmayan smartfonların IMEI nömrələri ləğv olunacaq.

Milli.Az xəbər verir ki, qadağa çərçivəsində bu il təxminən 3 milyon telefonın IMEI-lərinin ləğv olunacağı gözlənilir.

Sözügedən tədbir uzun müddət istifadə olunmayan və dolabda saxlanılan cihazları əhatə edir.

Ekspertlər xəbərdarlıq edirlər ki, cihazların təsir dairəsinə düşməməsi üçün ən azından açılıb şəbəkəyə qoşulması vacibdir. 

Qeyd edək ki, məqsəd qanunsuz cihazların istifadəsinin qarşısını almaq və şəbəkə resurslarını səmərəli idarə etməkdir.

İsmayıl
Milli.Az