Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münasibət bildirib.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə dodaqlarının böyük olması barədə tez-tez ünvanlanan tənqidlərə reaksiya göstərən ifaçı müdaxilə etdiyini təsdiqləyib.
Sənətçi bildirib ki, izləyicilərin uzun müddətdir davam edən şərhlərindən sonra dodaqlarındakı dolğunu kiçildib:
"İstəyirəm ki, görəsiniz. O qədər dediniz ki, artıq dodağımı balacalaşdırdım. Təbii dolğunu tamamilə əritdik. Məncə, bu dəfə idealdır. Bundan da balaca etdirməyəcəyəm, əl çəkin".
Aysun İsmayılova həmçinin saçlarında da dəyişiklik etdiyini deyib:
"Bu arada saçıma da əl gəzdirdik".
İfaçının paylaşımı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Bir qrup izləyici yeni görünüşü bəyənərkən, digərləri dəyişiklik barədə fərqli şərhlər yazıblar.
Musa
Milli.Az