Bu tarixdə doğulanların xüsusi mistik gücləri olur

6 Dekabr 2025 05:05

Son zamanlar sosial şəbəkələrdə və ezoterik yanaşmalarda doğum tarixlərinin insanın energetikasına və mistik qabiliyyətlərinə təsir etdiyi barədə müzakirələr yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, mütəxəssislər olmasa da, numerologiya ilə məşğul olan araşdırmaçılar bəzi tarixlərdə doğulan insanların "intuisiya gücü", "enerji hissiyyatı" və "gələcəyi öncədən duyma" kimi qabiliyyətlərə daha meylli olduğunu iddia edirlər.

Ezoterik mənbələrə görə, xüsusilə aylıq 7 və 11 rəqəmləri ilə əlaqəli tarixlər mistik güclərlə bağlanır:

Mistik güclərlə əlaqələndirilən doğum tarixləri

7-si doğulanlar - yüksək intuisiya, hadisələri hiss etmə qabiliyyəti

11-i doğulanlar - güclü enerjiyə, hissiyat və duyarlılığa sahib olduqları iddia olunur

27 və 29-u doğulanlar - numerologiyaya görə dərin düşüncəli və mənəvi enerjisi yüksək insanlar sayılır

21 və 22-də doğulanlar - güclü təsir gücü və daxili güc sahibi kimi xarakterizə edilirlər

Ezoterik yanaşmalara əsasən bu tarixlərdə doğulanların enerji duyumu daha güclü olur və onlar bəzən insanların niyyətlərini intuisiya ilə müəyyən edə bilirlər.

Mütəxəssislər nə deyir?

Psixoloqlar isə bildirirlər ki, bu kimi inanclar elmi əsas daşımır, lakin insanların özlərini daha yaxşı tanıması, özünəinamının artması və motivasiya üçün belə yanaşmaların rol oynaya biləcəyini deyirlər.

Mövzu sosial şəbəkələrdə müzakirə mövzusu olmağa davam edir və bir çoxları öz doğum tarixlərinin bu siyahıya uyğun gəlib-gəlmədiyini maraqla yoxlayırlar.

Hüseyn
Milli.Az