Çobanyastığı (çobanyastığı) çayı uzun illərdir sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə tanınır.
Milli.Az xəbər verir ki, xüsusilə yatmazdan əvvəl içildikdə bir sıra müsbət təsirləri ilə seçilir:
1. Gərginliyi azaldır
Çobanyastığı çayı sinir sistemini sakitləşdirir, stress və narahatlığı azaldır. Bu da yuxuya daha rahat getməyə kömək edir.
2. Yuxu keyfiyyətini artırır
Tərkibindəki təbii antioksidantlar və sakitləşdirici maddələr sayəsində orqanizmi rahatlaşdırır və daha dərin, keyfiyyətli yuxu təmin edir.
3. Mədə-bağırsaq sisteminə yaxşı təsir edir
Axşam içilən çay həzmi yüngülləşdirir, mədə turşuluğunu azaldır və şişkinlik hissini aradan qaldırır.
4. Baş və əzələ ağrılarını azaldır
Sakitləşdirici təsiri səbəbilə baş ağrısı, yüngül miqren və əzələ gərginliyini yumşalda bilər.
5. İmmuniteti gücləndirir
Təbii antiseptik və iltihabəleyhinə xüsusiyyətləri immun sisteminin fəaliyyətini dəstəkləyir.
6. Ürək döyüntülərini sakitləşdirir
Gərginlikdən yaranan ürək döyüntüsü sürətlənməsini azaltmağa kömək edə bilər.
7. Tənəffüsü yüngülləşdirir
Soyuqdəymə və yüngül öskürək zamanı nəfəs yollarını rahatlaşdırır, bu da yuxu zamanı rahatlığı artırır.
Hüseyn
Milli.Az