Tanınmışaparıcı Burcu Esmersoy ötən gün qatıldığı tədbirdə verdiyi açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Esmersoy gözlənilməz etiraf edib.
O bildirib ki artıq altı ildir EYT çərçivəsində pensiya alır.
Esmersoy erkən pensiya həyatından çox məmnun olduğunu deyib. Aparıcı zarafatla hər bir pensiyaçının etdiyi işləri etdiyini söyləyib.
Burcu Esmersoyun açıqlaması sosial şəbəkələrdə də böyük maraq yaradıb. İzləyicilər aparıcının bu etirafını geniş şəkildə müzakirə edib. Formda görünüşü ilə diqqət çəkən Esmersoyun sözləri gündəmin əsas mövzularından birinə çevrilib.
Qeyd edək ki, Burcu Esmersoyun 49 yaşı var.
İsmayıl
Milli.Az