Uzun müddətdir yox idi - Necati Şaşmaz aylar sonra üzə çıxdı - FOTO

4 Dekabr 2025 10:40

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə şöhrət qazanan Necati Şaşmaz illərdir ekranlardan uzaq həyat sürürdü. ABŞ-də keçirdiyi müddətdən sonra sosial mediadan da demək olar ki uzaqlaşan aktyor bu dəfə paylaşdığı yeni foto ilə müzakirə mövzusuna çevrilib.

Şaşmaz uzun sükutunu Ankara ziyarəti qeydi ilə paylaşdığı foto ilə pozub. Saçlarındakı ağarma və sadə görünüşü sosial mediada müzakirələrə səbəb ollub. Paylaşım çox sayda istifadəçi tərəfindən bəyənilib.

Foto sosial şəbəkələrdə əsl nostalji ab havası yaradıb. Minlərlə izləyici ekranlara qayıt, səni yenidən görmək istəyirik kimi rəylərlə məşhur aktyora çağırış edib.

İsmayıl
Milli.Az