Gecə xoruldamaq ürək xəstəliyinin xəbərçisidir?

5 Dekabr 2025 02:02

Mütəxəssislər bildirirlər ki, gecələr güclü xorultu yalnız yuxu pozuntusu deyil, həm də ürək-damar xəstəliklərinin xəbərçisi ola bilər.

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, xoruldama bəzən obstruktiv yuxu apnesi ilə əlaqəli olur. Bu vəziyyətdə nəfəs alma yuxu zamanı qısamüddətli dayanır və orqanizm oksigen çatışmazlığı yaşayır. Uzun müddət davam edən oksigen azlığı isə ürək ritminin pozulması, təzyiqin yüksəlməsi və ürək çatışmazlığı riskini artırır.

Kardioloqlar xəbərdarlıq edir ki, xüsusilə yüksək səsli və davamlı xoruldama, yuxuda tez-tez nəfəsin dayanması, səhər baş ağrısı, gün ərzində həddindən artıq yuxululuq kimi əlamətlər ciddi qəbul edilməlidir.

Mütəxəssislər xoruldamanın səbəbinin müəyyən edilməsi üçün vaxtında həkim müayinəsinə müraciət etməyi tövsiyə edirlər.

Çünki vaxtında diaqnoz həm həyat keyfiyyətini yaxşılaşdırır, həm də ürək xəstəliklərinin qarşısını ala bilər.

Milli.Az