Nüfuzlu idman və biznes nəşri "Sportico" 2025-ci il üzrə dünyanın ən çox gəlir əldə edən qadın idmançılarının siyahısını yayımlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, reytinqə yenidən amerikalı tennisçi Koko Qauff başçılıq edir. 21 yaşlı idmançı ardıcıl üçüncü dəfə lider olub və il ərzində 31 milyon dollar gəlir əldə edib.
İkinci sırada bu ilin dünya reytinqinin birincisi Arina Sobolenko yer alıb. Belaruslu tennisçinin illik qazancı 30 milyon dollar təşkil edib.
Siyahının üçüncü pilləsində isə Polşanın top tennisçisi İqa Şvyontek qərarlaşıb. Onun 2025-ci il üzrə ümumi gəliri 23,1 milyon dollar göstərilib.
Reytinqdə əsas üstünlüyü yenə də tennisçilər təşkil edib.
Hüseyn
Milli.Az