Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI

6 Dekabr 2025 06:06

Müğənni Müjgan Ayxan sənət fəaliyyətində tələbatın azalmasından gileylənib və buna görə yeni sahəyə yönəldiyini açıqlayıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, artıq toy bazarında əvvəlki kimi iş olmur, xüsusilə də müəyyən yaşdan sonra sənətçilərə daha az müraciət edilir.

Müjgan Ayxan qeyd edib ki, gənc və fərqli ifaçıların meydana çıxması səbəbindən seçim daha çox onlara yönəlir:

"Toy biznes deyil. Yaşlı nəsil müğənnilərə məclislərdə gec-gec rast gəlirsən. Artıq gözəl, fərqli müğənnilər çıxır, üstünlük onlara verilir. Bizi məclislərə çağırmırlar, onlara pul verirlər".

Bu səbəbdən o, maddi ehtiyaclarını təmin etmək üçün əlavə biznes qurduğunu söyləyib.

Müğənni hazırda Dubayda elektrik əşyaları ilə bağlı fəaliyyət göstərdiyini vurğulayıb:

"Başqa işlə məşğul olmaq lazımdır. Dubayda biznesim var, elektrik əşyaları ilə bağlıdır. Çalışın ki, nə qədər müğənnilikdən qazanırsınızsa, onu başqa biznesə çevirin".

Müjgan Ayxan həmkarlarına da gəlirlərini düzgün yönləndirməyi tövsiyyə edib.

Musa
Milli.Az