"Təcili yardıma zəng etdik, dedilər, maşın yoxdur" - VİDEO

3 Dekabr 2025 23:25

Paytaxtın Balaxanı qəsəbəsində yaşayan Raziyə Məmmədova təcili tibbi yardımdan şikayətçidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Raziyə Məmmədova iddia edir ki, 2 gün əvvəl saat 23 radələrində bacısı Təranə Haşımovanın səhhəti pisləşdiyi üçün 103 çağrı mərkəzinə müraciət edib. Özü də dəfələrlə.

Nəhayət gecə saat 2 radələrində gələn təcili yardım əməkdaşları xəstənin vəziyyətini nəzarət altına almağı bacarıb və ona yardım göstəriblər. Gecikdiklərinin də fərqində olan tibb işçilərinin gecikmə səbəbi də ailəni təəccübləndirib.

"Srağagün birdən-birə bacımın halı pisləşdi. Təzyiqi, qızdırması qalxdı, titrəyirdi. Saat 12-yə 10 dəqiqə qalmış təcili yardıma zəng etdik. Gözlədik, gəlib çıxmadı. İkinci dəfə yığdıq, dedilər maşın yoxdu, gələcək. Yenə gözlədik, gəlmədi. Məcbur olduq, TƏBİB-ə  yığdıq, yenə gəlmədi. Saat 2-yə qalmış, 2-nin yarısı olardı gəlib çıxdı. O vaxta qədər təzyiq 220/140 qızdırma da 39-a qalxmışdı", - deyə Raziyə Məmmədova bildirib.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az