Putinin “Müharibəyə hazırıq” mesajına NATO-dan cavab gəldi

3 Dekabr 2025 21:49

Qara dənizdə Ukrayna tərəfindən tankerə hücum edildikdən sonra Rusiyanın "Avropa müharibə istəyirsə, biz buna hazırıq" - sözləri ilə gündəm yaradan Prezidenti Vladimir Putinə NATO-dan ilk reaksiya gəlib. 

Milli.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə qarşı hücumların genişləndiriləcəyini açıqlayıb. O, Ukraynanın Qara dənizdə tankerlərə hücumunu sərt tənqid edib: "Tankerlərə edilən hücumlar beynəlxalq sularda deyil, üçüncü bir dövlətin iqtisadi zonasındadır. Bu, artıq dəniz quldurluğudur."

Putin əlavə edib ki, hücumlar davam edərsə Ukraynaya yardım edən ölkələrin gəmiləri də cavab tədbirlərinin hədəfi ola bilər.

Putinin "Avropa müharibəyə girmək istəyirsə, biz tam hazırıq" sözlərinə cavab olaraq NATO Baş katibi Mark Rutte açıqlama verib: "Rusiya nəticələri düşünmədən davranır."

Putin Qara dənizdəki gərginlidirə toxunaraq əlavə edib: "Avropa ilə müharibə etmək kimi niyyətimiz yoxdur. Amma əgər onlar bizimlə müharibəyə başlamaq istəyirlərsə, biz buna tam hazırıq. Bu, Ukrayna kimi olmayacaq. Avropa qəfil müharibə başlatsa, danışacaq heç kim qalmaya bilər."

28 noyabrda VIRAT adlı tanker Qara dənizdə təxminən 35 dəniz mili açıqda zərbə alıb. Hadisə yerinə xilasedici qruplar yönləndirilib.

Nazir Abdulkadir Uraloğlu tankerdəki 20 nəfərlik heyətin vəziyyətinin yaxşı olduğunu bildirib.

30 noyabrda verilən əlavə açıqlamada, tankerin Türkeli limanına çəkilməsi üçün əməliyyatın davam etdiyi vurğulanıb. Gəmi dünən xüsusi şirkətə məxsus yedəkçi vasitəsilə Qara dənizin Sarıyer sahilinə gətirilib.

Lalə Qüdrətova
Milli.Az