Koxalskinin transfer qiyməti bəlli oldu

3 Dekabr 2025 18:31

Avropanın nəhəng klublarının transfer siyahısında olan "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin qiyməti bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı polşalı qolkiperini transfer etmək istəyən klubdan yeddi milyon avro tələb edəcək.

Qeyd edək ki, Koxalski 2024-cü ilin yay transfer pəncərəsində "Qarabağ"a qoşulub. O, bu mövsüm 15 oyuna çıxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Polşa mətbuatında yayılan məlumata görə, "Borrusiya Dortmund" və "Napoli" klubları Mateuş Koxalskini transfer etmək üçün təklif göndərməyə hazırlaşırlar.

Milli.Az