Daha bir küçədə avtobus zolağında minib-düşmə yeri yaradıldı

3 Dekabr 2025 17:46

Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında avtobus zolağında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yer yaradılıb və müvafiq lövhə yerləşdirilib.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Qurum bildirir ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Asya
Milli.Az