“İkardi üzünə şillə vurulmağa layiq adamdır” - FOTO

3 Dekabr 2025 19:13

Keçmiş argentinalı futbolçu Maksi Lopes ölkəsində qonaq olduğu televiziya proqramında keçmiş həyat yoldaşı Vanda Nara və bir vaxtlar ən yaxın dostu olan Mauro İkardi barədə səs-küy yaradacaq açıqlamalar verib. 

Milli.Az xəbər verir ki, Valentino Konstantino və Benedicto adlı övladlarından danışan 41 yaşlı Lopes Vanda ilə münasibətlərində çox çətin dövrlər keçdiyini etiraf edib.

Lopes illər əvvəl Vanda Naranın İkardi ilə münasibətindən sonra yaşanan gərginliyə toxunaraq sərt danışıb:


"Bir qadına, uşaqlarıma və ya heç kimə əl qaldırmamışam. Amma bir nəfər var ki, şilləyə ən çox o layiq idi - kim olduğunu bilirsiniz. Yenə də mən İkardiyə əl qaldırmadım".

Qeyd edək ki, Vanda Nara 2014-cü ildə Mauro İkardi ilə Maksi Lopezə xəyanət edib. Daha sonra o, hazırda "Qalatasaray"da çıxış edən forvardla evləniblər. Ötən il isə onlar aralarında yaranan münaqişədən sonra boşanıblar. 

Fidan
Milli.Az