Rusiya Prezidenti Vladimir Putinin ABŞ-in Ukrayna üzrə təklif etdiyi sülh planını tam şəkildə rədd etmədiyi bildirilib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra açıqlama verib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında ilk dəfə birbaşa fikir mübadiləsi aparılıb və planın bəzi məqamları qəbul edilsə də, digərləri qəbuledilməz hesab olunub. Peskov müzakirələrin detallarını açıqlamaqdan imtina edib və bunun hələ kompromis axtarışının bir hissəsi olduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 2-də Putin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə beş saata yaxın davam edən görüş keçirib. Söhbət zamanı Vaşinqtonun sülh planı və onun Ukrayna-ABŞ danışıqlarının nəticələri müzakirə olunub. Rusiya tərəfi planın bir sıra bəndlərini uyğun, digərlərini isə qəbuledilməz hesab edib. Kompromisə isə hələ nail olunmayıb.
Asya
Milli.Az