"Beşiktaş" klubunun əfsanəvi futbolçusu vəfat etdi - FOTO

3 Dekabr 2025 17:11

"Beşiktaş" klubunun əfsanəvi futbolçusu Faruk Karadoğan 78 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, Türkiyə futbolunun tanınmış simalarından biri, "Beşiktaş"ın və milli komandanın sabiq futbolçusu Faruk Karadoğan 78 yaşında dünyasını dəyişib.

Adanalılar tərəfindən "şəhərin ən önəmli futbol simalarından biri" kimi qəbul edilən Karadoğan həm doğma bölgəsinin, həm də Türkiyə futbolunun yaddaşında mühüm yer tutub.

"Beşiktaş" klubu açıqlama yayaraq bildirib: "1965-1972-ci illər arasında bizim komandada oynamış və həmin dövrdə qazandığımız iki liqa çempionluğuna töhfə vermiş əfsanəvi futbolçumuz Faruk Karadoğanın vəfat etdiyini böyük kədərlə öyrəndik. Klubumuza xidmətlərini həmişə hörmətlə xatırlayacağımız Faruk Karadoğana Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və ictimaiyyətə başsağlığı veririk".

Fidan
Milli.Az