Holanndan daha bir rekord

3 Dekabr 2025 16:14

"Mançester Siti"nin norveçli ulduz hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixində yeni rekorda sahib olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Holann liqadakı 111-ci matçında 100-cü qolunu vuraraq, turnirin rekordunu yeniləyib. Bu uğuruna o, XIX turda "Fulhem"lə səfər qarşılaşmasında imza atıb.

Bununla da norveçli forvard 1995-ci ildən bəri mövcud olan rekordu arxada qoyub. Həmin göstərici ingilis hücumçu Alan Şirerə məxsus idi - o, ilk 100 qolunu 124 oyun ərzində vurmuşdu.

Qeyd edək ki, artıq 25 yaşı olan Erlinq Holann 2022-ci ilin iyulunda "Mançester Siti"yə transfer olunub. Futbolçu bu müddət ərzində klubla iki dəfə İngiltərə çempionu olub, həmçinin İngiltərə Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi adını qazanıb.

Hüseyn
Milli.Az