Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
Milli.Az