MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb - FOTO

3 Dekabr 2025 15:04

Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Milli.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. 

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Asya
Milli.Az