İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehrandakı xəstəxanaya yerləşdirildikdən sonra bir qrup siyasi və mədəniyyət xadimləri onu ziyarət ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, ziyarətin ən çox danışılan mövzusu sabiq prezidentin xəstəxana geyimi olub. Xatəminin çəhrayı xəstəxana geyimi sosial şəbəkələrdə maraqla izlənilib.
Müəyyən sosial media istifadəçiləri keçmiş prezidentin görüntülərini "Tehranın ən şirin çəhrayı tərzi" adlandırıblar. Biri isə zarafatla yazıb ki, "İslahatçıların rəng seçimi, nəhayət, tapılıb".
Milli.Az