"Barselona" heyətində ciddi İTKİ

3 Dekabr 2025 16:54

"Barselona"nın futbolçusu Dani Olmo İspaniya La Liqasının 19-cu turun tarixi dəyişdirilmiş (əvvələ çəkilmiş) "Atletiko Madrid"ə (3:1) qarşı keçirilən oyunda zədələnib.

Milli.Az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi dünənki oyunda ikinci qolu vuran zaman çiyni çıxıb.

O, üç həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyde edək ki, Dani Olmo bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Milli.Az