İllərə meydan oxuyan tərzi ilə tanınan türkiyəli aktrisa Nebahat Çehre yenə diqqət mərkəzinə düşüb.
Milli.Az Türkiyə mediasına istinadən xəbərinə görə, son iştirak etdiyi tədbirdə görüntülənən 82 yaşlı aktrisa jurnalistlərlə söhbətində səmimi etiraf edib:
"Əynimdəki şalvarı 20 ildir geyinirəm" .
Nebahat Çehrenin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və onun sadəliyinə, zövqlü tərzinə olan marağı bir daha artırıb.
Qeyd edək ki, aktrisa ən çox "Aşk-ı Memnu" serialındakı Firdevs Yöreoğlu obrazı ilə yadda qalıb.
Milli.Az