80 minlik çəkməsi ilə ayaqyalın uşaqları ziyarət etdi - FOTO

3 Dekabr 2025 15:13

AKP Adana İl sədrinin müavini Filiz Kepmenin Çukurova rayonuna "yardım" səfəri müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kepme paylaşımında "Ürəklərə toxunun, vətəndaşlarla eyni süfrəni və ümidi paylaşan" sözlərini işlətsə də, fotolardakı bir detal böyük reaksiyaya yol açıb.

Belə ki, paylaşımlarda Kepmenin ayağında təxminən 80 min TL (3 200 AZN) dəyərində olan uzunboğaz çəkmə geyindiyi, ziyarət etdiyi uşaqların isə ayaqlarında corab belə olmadığı görülür.

Bu görüntülər həmçinin sosial mediada "Əsl yoxsulluğun ortasında nümayiş etdirilən bu israfçılıq xalqı ələ salmaqdır" kimi tənqidlərə də yer verilib.

Fidan
Milli.Az