Qulançar (asparagus) yüksək qidalılıq dəyəri və sağlamlığa müsbət təsirləri ilə tanınan tərəvəzlərdən biridir. Vitamin A, C, K, fol turşusu və antioksidantlarla zəngin olan bu məhsul həm detoks təsiri göstərir, həm də immun sistemini gücləndirir.
Milli.Az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir ki, qulançar hər kəs üçün uyğun deyil.
Qulançarın faydaları
Orqanizmdə toksinlərin atılmasını sürətləndirir
Şişkinliyi azaldan təbii diuretik təsir göstərir
Fol turşusu ilə beynin fəaliyyətini dəstəkləyir
Antioksidantlarla xərçəng riskini aşağı sala bilər
Həzm sistemini gücləndirir
Kimlərə yemək tövsiyə olunmur?
Mütəxəssislər aşağıdakı qruplara qulançarı ehtiyatla və ya ümumiyyətlə qəbul etməməyi tövsiyə edir:
Böyrək xəstələri
Qulançar sidikqovucu təsirə malikdir. Bu səbəbdən böyrək daşları və ya digər böyrək problemləri olan şəxslərdə vəziyyəti ağırlaşdıra bilər. Faydalı olsa da, həddindən artıq miqdarda istehlak edilməsi hormonal balansı təsirləyə bilər. Ona görə də hamilələr miqdara diqqət etməlidirlər.
Allergiyası olanlar
Balqabaq, sarımsaq, soğan kimi bitkilərə allergiyası olan şəxslərdə qulançar da oxşar reaksiyaya səbəb ola bilər.
Milli.Az