MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı

3 Dekabr 2025 11:39

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

Milli.Az xəbər verir ki, mənzillərin satış prosesi 1 dəqiqə çəkib.

Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.

Satışa çıxarılan güzəştli mənzillər Bakı şəhəri Hövsan qəsəbəsində, Binəqədidə, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində, Yevlax rayonunda yerləşir.

Bəzi istifadəçilər sistemdə müəyyən problemlərlə üzləşdiklərini də bildirirlər.

Xəbər yenilənəcək

Milli.Az