Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığı narazılıqdan danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bazardan bir neçə nəfərdən kərə yağı aldığını, lakin məhsulların demək olar ki, hamısının marqarin çıxdığını bildirib.
Xuraman Şuşalı bunları qeyd edib:
"Fərqli satıcılardan kərə yağı almışdım, hamısı da 'təmizdir, narahat olmayın' deyirdi. Amma təəssüf ki, yalnız biri həqiqi kərə yağı oldu. Digərləri marqarin imiş. Kərə yağı adı ilə belə məhsul satmaq ayıbdır. İstəsəniz 5 manat baha satın, amma təmiz olsun. Marqarin xərçəngə səbəb ola bilər, insanlara ziyan vurursunuz. Heç kimin ahı yerdə qalmır".
Sənətçinin sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Milli.Az