Ustaların "daşdöyən" hesab etdiyi 3 maşın modeli

3 Dekabr 2025 23:12

Ustaların ən etibarlı hesab etdiyi 3 avtomobil modeli açıqlanıb.

Milli.Az xəbər verir ki, avtomobil ustaları və ekspertlər uzun illər müşahidələrinə əsaslanaraq texniki baxımdan ən etibarlı modelləri müəyyən ediblər.

Onların fikrincə, bu avtomobillər həm uzunömürlüdür, həm də nasazlıq riski azdır:

Toyota Corolla

Mühərrikin davamlılığı, yanacaq sərfiyyatı və elektrik sistemlərinin problemsiz işləməsi ilə seçilir.

Toyota Land Cruiser

Off-road və şəhər şəraitində etibarlılığı ilə seçilir. Motor, transmissiya və sürət qutusu uzun müddət problemsiz işləyir.

Honda CR-V

Mühərrik sistemi və dayanıqlı şassi ilə tanınır. Texniki baxımdan sadəliyi və ehtiyat hissələrinin əlçatanlığı onu sürücülər üçün əlverişli edir.

Qeyd edək ki, avtomobilin uzunömürlü olması yalnız markadan və modeldən deyil, həm də mütəmadi texniki baxış, düzgün istifadə və vaxtında servis xidməti ilə bağlıdır.

İsmayıl
Milli.Az