Səhərlər qaranlıq otaqda oyanmağın təhlükəli nəticəsi üzə çıxıb.
Milli.Az xəbər verir ki, mütəxəssislər səhərlər tamamilə qaranlıq mühitdə oyanmağın insan sağlamlığı üçün gözlənilməz risklər yaratdığını bildirirlər. Araşdırmalara görə, gün işığının olmaması bədənin bioloji saatını pozur və gün boyu enerji səviyyəsinə, psixoloji vəziyyətə və hormon balansına mənfi təsir göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bioloji ritm pozulur: Qaranlıqda oyanan insanların orqanizmi günün başladığını daha gec qəbul edir. Bu isə oyanmağı çətinləşdirir və bədəndə süni "gecikmiş başlanğıc" effekti yaradır.
Kortizol səviyyəsi azalır: Səhər oyanışını tənzimləyən kortizol hormonu işıq siqnalı ilə aktivləşir. Qaranlıq mühitdə oyanmaq bu prosesi ləngidir, insanlarda halsızlıq və motivasiya itkisi yaradır.
Depressiya və stress riski artır: Uzun müddət işıqsız oyanmaq beyində serotonin istehsalını azaldaraq əhvalın pisləşməsinə səbəb ola bilər.
Yuxululuq gün boyu davam edir: Təbii işıq olmadığından melatonin səviyyəsi normadan yuxarı qalır və bu, gün ərzində yuxuluq və diqqət azalması ilə nəticələnir.
Həkimlər səhər yuxudan duran zaman pəncərələri açmağı, otağa təbii gün işığının daxil olmasına imkan yaratmağı və lazım gəldikdə işıqlandırmadan istifadə etməyi tövsiyə edirlər. Onların sözlərinə görə, günə işıqla başlamaq həm psixoloji, həm də fiziki sağlamlıq üçün vacibdir.
Milli.Az