Azərbaycanda qəbir daşları fərqli formada hazırlanmağa başlanılıb. Artıq bir çox qəbir daşında QR koda rast gəlmək mümkündür.
Milli.Az xəbər verir ki, bu kodu oxudaraq foto, video və ölən şəxs barədə səsli məlumat ala bilərsiniz. Bundan başqa 3D ölçülü baş daşı da hazırlanır. Lazer texnologiyası və 3D modelləmə ilə portretlər daha canlı görünür.
Yeniliyi ilk dəfə tətbiq edən şəxs bildirir ki, bu, həm ənənəni qoruyur, həm də mərumla bağlı xatirələri daha yaxşı təqdim etməyə imkan verir:
"Bunun standart qiyməti var. 3 gün ərzində hazır olur, qiyməti 125 manatdır. Bu kodların növləri də var. Hansı ki daşdan asılıdır. Əsas məqam isə bunun dini dəyərlərə zidd olmamasıdır. İsrafçılıq və nümayiş xarakteri daşıdıqda o zaman qəbuledilməzdir".
İlahiyyatçılar isə bununla razılaşmır:
"Mərmərdən olan qəbir daşı necə israfçılıqdırsa, bu da elə həmçinin. Bəlkə də bu mərhumun yaxınları üçün təsəlli olacaq, amma ölən şəxs üçün heç bir dəyəri olmayan addımdır".
Aysel Əkbər
Milli.Az