Qorxudan göz yaşlarına boğulan PİŞİK - VİDEO

6 Dekabr 2025 16:33

Türkiyədə qeyri-adi və duyğulu bir hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, bir kişi küçədə 15 sahibsiz itin bir ağaca sığınmış pişiyi mühasirəyə aldığını görüb. O, itləri ordan uzaqlaşdıraraq pişiyi xilas etməyə çalışıb.

Ağaca dırmaşaraq qorxudan titrəyən pişiyi gördüyü anda isə gözlənilməz məqam yaşanıb, ağlamağa başlayıb. Hadisəni telefonla qeydə alan şəxs həmin anları sosial şəbəkələrdə paylaşıb.

Görüntülər qısa müddətdə izləyicilərin böyük rəğbətini qazanıb. Bir çoxları pişiyin reaksiyasını "insanı ağladan məqam" adlandırıb, heyvanın qorxu içində belə minnətdarlıq göstərdiyini yazanlar da olub.

Hadisə sosial mediada geniş yayılaraq müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az