Bakıda iki yük maşını toqquşdu - VİDEO

3 Dekabr 2025 11:01

Bu gün Bakıda yük avtomobilləri toqquşub.

Milli.Az xəbər verir ki,  Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində iki yük avtomobili toqquşub.

Zərbənin təsirindən "Isuzu" markalı nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə ilə bağlı ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Milli.Az