Ərdoğanın oğlu ilə səmimi GÖRÜNTÜSÜ - VİDEO

3 Dekabr 2025 10:50

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan mükafatlandırma mərasimindən sonra atası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi hörmət jesti ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, еədbir zamanı Bilal Ərdoğan səhnəyə yaxınlaşaraq atasının əlini öpüb.

Sosial şəbəkələrdə geniş yayılan görüntülər izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Onlar bu addımı ailə dəyərlərinin ifadəsi kimi qiymətləndiriblər.

Sözügedən anlar qısa müddətdə media və sosial platformalarda trend olub.

Hüseyn
Milli.Az