Tramp gündə 12 saat işləyir

3 Dekabr 2025 10:11

ABŞ Prezidenti Donald Tramp gündə 12 saatadək işləyir.

Milli.Az xəbər verir ki, bu barədə "Nyu York Post" nəşri Ağ Ev sənədlərinə istinadən məlumat yayıb.

Müvafiq sənədlər NYT nəşrinin 25 noyabr tarixli məqaləsindən sonra təqdim olunub.

Məqalədə prezidentin "yorğunluq əlamətləri" haqqında bəhs olunurdu.

New York Post yazır ki, siyahıya təsadüfi zənglər, özəl yazışmalar və səhər tezdən sosial media paylaşımları daxil edilməsə belə, prezidentin "orta amerikalıdan daha uzun iş saatları" varmış kimi göstərildiyi iddia olunurdu.

"Ağ Ev 79 yaşlı Trampın yaşı ilə əlaqədar iş qabiliyyətini itirdiyi barədə iddiaları təkzib etmək üçün bu qeydləri dərc etmək qərarına gəlib", - deyə məlumatda vurğulanır.

Milli.Az